İranda kütləvi həbslər: 500 nəfər saxlanıldı
İran hakimiyyəti etirazların qarşısını almaq məqsədilə yeni kampaniyaya başlayıb və xarici təşkilatlarla əməkdaşlıqda şübhəli bilinən şəxsləri həbs edib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, ölkədə təhlükəsizlik qüvvələri ABŞ və İsrail tərəfindən həyata keçirilən kütləvi hücumlara məruz qalsa da, hakimiyyətin küçələr üzərində nəzarəti qoruyub saxladığı bildirilir.
Məlumata görə, bombardmanlar nəticəsində İran polisinin, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) və Bəsic qüvvələrinin qərargahları və komandanlıq məntəqələri zərər görüb.
İranın polis rəisi Əhməd-Rza Radan dövlət televiziyasına açıqlamasında bildirib ki, müharibənin başlanmasından bu yana azı 500 nəfər hərbi hədəflərin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə beynəlxalq mediaya və ya düşmən qüvvələrinə məlumat ötürməkdə ittiham olunaraq saxlanılıb.






