Koçaryan: Azərbaycanla sülh real zəmanətlərə əsaslanmalıdır
İrəvan və Bakı arasında mövcud vəziyyətin sülh yolu ilə həlli real təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır. Sun.Az
xəbər verir ki, bu barədə Sputnik Ermənistanın Telegram kanalında Ermənistanın sabiq prezidenti Robert Koçaryanın müsahibəsinə istinadən məlumat verilib.
Koçaryan bildirib ki, Azərbaycanla sülh "formal bəyanatlar"a deyil, konkret və etibarlı təhlükəsizlik zəmanətlərinə söykənməlidir.
Onun sözlərinə görə, təhlükəsizlik Ermənistan hakimiyyəti üçün əsas prioritet olmalıdır. O vurğulayıb ki, bu, döyüşə hazır ordu, güclü liderlik və etibarlı müttəfiqlər vasitəsilə təmin oluna bilər.






