cabir

cabir Xəbərlər 17-03-2026, 17:20

Qlobal bazarda gərginlik: yanacaq qiymətləri yüksəlişdə

Qlobal bazarda gərginlik: yanacaq qiymətləri yüksəlişdə

İranın Hörmüz boğazını blokada etməsi Yaxın Şərqdən neft tədarükündə ciddi fasilələrə səbəb ola bilər. Bu vəziyyət isə xam neftdən daha çox reaktiv və dizel yanacağının bazarına mənfi təsir göstərə bilər.      Sun.Az                

xəbər verir ki, bu barədə Bloomberg nəşri Amerika investisiya bankı Goldman Sachs analitiklərinə istinadən qlobal iqtisadiyyat üçün mümkün yanacaq şoku riski barədə məlumat yayıb.               

Ekspertlər Yuliya Jestkova Qriqsbi və Daan Struyven bildiriblər ki, son dövrlərdə reaktiv və dizel yanacağının qiymətləri Şimali Dəniz Brent markalı neftin qiyməti ilə müqayisədə daha sürətlə artıb.

Onların sözlərinə görə, bu tendensiya əsasən Yaxın Şərqdən orta və ağır xam neft tədarükündə yaranan fasilələrlə bağlıdır.

Məlumata görə, dizel yanacağının əsas komponentlərindən olan qazoilin qiyməti martın 17-də keçirilən ticarət əməliyyatlarında 156 dolları ötüb. Reaktiv yanacağın qiyməti isə 215 dollara yaxınlaşıb.

Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Şimali Dəniz Brent markalı neftin qiyməti bir barel üçün 103-104 dollar civarında olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
160 157 170 142 164 157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.