ice berg

ice berg Aforizm 19-03-2026, 15:15

Ailəyə həsr olunmuş aforizmlər

Ailəyə həsr olunmuş aforizmlər

Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur. (Nəsirəddin Tusi)

Bərabərlik iddiası ailəni sarsıdır. (Əbu Turxan)

Bütün dünyanı gəzib səadət axtardım, – tapmayıb, kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş. (Əbu Turxan)

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. (Lev Tolstoy)

Çox vaxt qadınlar ağılın yoxluğundan yox, çoxluğundan ağılsızlıq edirlər. (Əbu Turxan)

Dostluq etməyi bacaran evlənəndə də uğurlu evlənər; belə ki, nikah da dostluq istedadına əsaslanır. (Fridrix Nitsşe)

Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır. (Səməd Vurğun)

Əgər istəyirsənsə izdivacın göyün yeddinci qatında olsun, əvvəlcə uçmağı öyrən. (Əbu Turxan)

Ər-arvad bir yerdə yaşamasaydılar, uğurlu nikahlara daha tez-tez rast gəlmək olardı. (Fridrix Nitsşe)

Ərin, yaxud arvadın tərbiyəsi onların dava-dalaşı zamanı özünü daha qabarıq göstərir. (Corc Bernard Şou)

Əsl kişi hətta bu günün cazibəsində olarkən də, sabahı düşünə bilir. (Əbu Turxan)

Ev kiçik bir mədəniyyət ocağıdır. (Çarlz Dikkens)

Evlənmək çətin deyil, evli olmaq çətindir. (M. Unamuno)

Evlənmək öz hüquqlarımızı yarıbayarı azaltmaq, vəzifələrimizi isə ikiqat artırmaq deməkdir. (Artur Şopenhauer)

Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra –yumun. (Bencamin Franklin)

Eyni növlü bitkilər, biri ala dağda, biri qara dağda olsa da, bir ailənin üzvü hesab edilirlər. Qızılgüllə tikan isə həmişə yanaşı olsalar da, başqa ailələrə aiddirlər və onların izdivacı istisna olunur. (Əbu Turxan)

Gözəl qadın gözlər üçün cənnət, ürək üçün cəhənnəm, ciblər üçün təmizlikdir. (Fontenel)

Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. (Volter)

Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. (Mirzə Ələkbər Sabir)

Hər bir ana ümid edir ki, qızı ondan daha yaxşı ər tapacaq, oğlu isə atasının tapdığı qədər yaxşı arvad tapmayacaq. (M.Andersen-Nekse)

Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir. (Məmməd Səid Ordubadi)

İnsan ağlını itirəndə evlənir, səbrini itirəndə boşanır. (D.Jirarden)

Kişi də, qadın da tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün qanadların qoşalaşması lazımdır. (Əbu Turxan)

Kişi evin beyni, qadın isə ürəyidir. (Volter)

Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir. (Jan de Labrüyer)

Kişi üçün hər şeyin əslində necə olduğu önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin necə təqdim olunması və zahirən uyğun gəlməsidir. (Uilyam Folkner)

Kişilər elmi, qadınlar poeziyanı xatırladır. (Əbu Turxan)

Kişini maraqlandıran başqalarının onun haqqında nə düşündükləri, qadını maraqlandıran isə – başqalarının onun haqqında nə söylədikləridir. (Hippel)

Klassik qadınlar klassik poeziyaya, modern qadınlar isə modern poeziyaya bənzəyirlər. (Tur Xander)

Nikahın qarşıya qoyduğu ideal – cismani yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır. (Mahatma Qandi)

Övladınızı öz zamanınıza görə yox, gələcək zamana görə yetişdirin. (Mühəmməd peyğəmbər (SƏS))

Qadın bilməyənə nəfs, bilənə nəfəsdir. (Şəms Təbrizi)

Qadın hökmranlıq edir, amma idarə etmir. (D.Jirarden)

Qadın ictimailəşəndə ailə dağılır. (Əbu Turxan)

Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. (Con Lokk)

Qadın üçün keçmişin xatirələri və gələcək haqqında xəyallar önəmlidir; amma onu hərəkətə gətirən bu günün duyğularıdır. (Əbu Turxan)

Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. (Stendal)

Qadının ağlı ürəyinin yedəyində olur. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 208 183 275 228 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.