AzizA

AzizA Məsləhətlər 20-03-2026, 16:30

Kərə yağı saxlamağın yeganə etibarlı yolu

Kərə yağı saxlamağın yeganə etibarlı yolu

Mütəxəssislər kərə yağını düzgün saxlamaq və onun dadını qorumaq üçün vacib tövsiyələri açıqlayıblar.

Loading.az xarici mediaya istinadənxəbər verir ki, bir çox insan kərə yağını mətbəx masasında saxlasa da, ekspertlər bunu yalnız qısa müddət üçün məqbul hesab edir. Əgər məhsul bir neçə saat ərzində istifadə olunmayacaqsa, mütləq soyuducuda saxlanmalıdır.

ABŞ-ın Qida və dərman nəzarəti qurumlarının tövsiyələrinə əsasən, kərə yağı da daxil olmaqla süd məhsulları sərin şəraitdə saxlanılmalıdır. Otaqtemperaturunda uzun müddət qalması yağın dadına və keyfiyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, kərə yağı açıq vəziyyətdə saxlanılmamalıdır. Bu məhsul ətrafdakı qoxuları tez mənimsəyir. Xüsusilə soğan və sarımsaq kimi kəskin qoxulu ərzaqlardan uzaqda saxlanılması vacibdir.

Qeyd olunur ki, kərə yağını soyuducunun qapısında saxlamaq da düzgün deyil. Bu hissə daha az soyuq olduğu üçün məhsul tez xarab ola bilər. Ən yaxşısı yağı soyuducunun ən soyuq bölməsində saxlamaqdır.

Açılmış kərə yağı isə hermetik qabda və ya bağlı paketdə saxlanmalıdır ki, həm dadı, həm də keyfiyyəti qorunsun.

Uzun müddətli saxlama üçün yağın dondurulması da mümkündür. Bu zaman onu orijinal qablaşdırmada saxlamaq tövsiyə olunur. Dondurulmuş kərə yağı təxminən 4 ay ərzində istifadə edilməlidir.

İstifadədən əvvəl yağı soyuducuda tədricən əridilməsi məsləhətdir. Sürətli yumşaltmaq üçün isə onu rəndələmək olar.

Kərə yağının xarab olduğunu isə bir neçə əlamətə görə müəyyən etmək mümkündür. Əgər yağda xoşagəlməz qoxu yaranıbsa, dadı turşlaşıbsa və ya rəngi tündləşibsə, bu, onun yararsız hala düşdüyünü göstərir. Kif əlamətləri də məhsulun istifadəyə uyğun olmadığını bildirir.

Mütəxəssislər vurğulayır ki, düzgün saxlanma qaydalarına əməl etməklə kərə yağının həm dadını, həm də keyfiyyətini uzun müddət qorumaq mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
135 163 186 151 128 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.