Elon Maskın süni intellektinə şok ittiham!
Elon Maskın süni intellektinə şok ittiham! Grok-a cinsi istismar iddiası ilə məhkəmə işi açılıb.
Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da texnologiya dünyasını sarsıdan bir məhkəmə işi gündəmdədir. Elon Maskın sahibi olduğu xAI tərəfindən hazırlanan Grok, cinsi istismar və deepfake məzmun istehsalı iddiaları ilə məhkəməyə verilib.
Amerika Birləşmiş Ştatlarında açılan iddiaya görə, 18 yaşdan kiçik olan iki nəfər də daxil olmaqla üç yeniyetmə qız Grok-un onların fotolarından istifadə edərək saxta çılpaq və pornoqrafik görüntülər hazırladığını iddia edir. Şikayətçilər bildirir ki, bu görüntülər onların razılığı olmadan yaradılıb və müxtəlif platformalarda yayılıb.
Yeniyetmələr qeyd edir ki, sözügedən məzmun deepfake texnologiyası ilə hazırlanıb və bu səbəbdən ciddi zərər görüblər. Onlar həm maddi təzminat tələb edir, həm də bu cür məzmunların tamamilə qadağan olunmasını istəyirlər.
İddiaçıların vəkili Vanessa Baehr-Jones bildirib ki, xAI bu riskləri bilməsinə baxmayaraq, lazımi tədbirləri görməyib. Açıqlamada şirkətin “uşaqlar da daxil olmaqla real insanların istismarından gəlir əldə etməyi seçdiyi” iddiası xüsusi diqqət çəkir.







