Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir
- Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar. (Deni Didro)
- Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır. (Platon)
- Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. (Platon)
- Cürət edə bilməməyimizin səbəbi işlərin çətinliyi deyil. Sadəcə, cürət edə bilmədiyimiz üçün işlər çətin olur. (Kiçik Seneka)
- Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir. (İmam Həsən Əskəri)
- Cavanlıqda məhəbbət daha çılğın olsa da, sonralar daha güclü və daha qüdrətli olur. (Heyne)
- Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin. (Avraam Linkoln)
- Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)
- Çox mal haramsız, çox söz yalansız olmaz. (Yunus Əmrə)
- Çay suyu dənizə qarışdıqdan sonra onu geri çəkmək mümkünmü? (Məhməd Murad İldan)
- Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. (Bertold Averbax)







