ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 21-03-2026, 09:32

Şuşaya ilk daxil olan XTQ zabiti motosiklet qəzasında həlak oldu

Şuşaya ilk daxil olan XTQ zabiti motosiklet qəzasında həlak oldu

Şuşaya ilk daxil olan XTQ zabiti motosiklet qəzasında həlak oldu

Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş XTQ zabiti faciəli şəkildə dünyasını dəyişib.

Martın 19-da İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş Ramin İsayev motosiklet qəzasında həlak olub.

Sun.Az bildirir ki, bu barədə onun dayısı Kamil Quliyev məlumat verib.

Kamil Quliyev qeyd edib ki, 32 yaşlı Ramin İsayev Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində zabit kimi xidmət edib: “O, həyatını XTQ-də xidmətə və Vətənə həsr etmiş qəhrəman zabit idi. 44 günlük Vətən müharibəsində ən ağır döyüşlərdə iştirak etmiş, Şuşa şəhərinə ilk daxil olan igidlərdən biri olmuşdu.

Müharibənin bütün çətinliklərindən, aldığı yaralardan sağ çıxmışdı… Amma çox yersiz və ağrılı bir nəqliyyat qəzası nəticəsində həyatını itirdi.

Onun keçdiyi yol, göstərdiyi şücaət hər zaman qürur mənbəyimiz olacaq. Mənim üçün isə o, hər zaman xüsusi, çox doğma və əziz olaraq qalacaq.

Allah sənə rəhmət eləsin. Ruhun şad olsun, qəhrəman bacıoğlum”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 199 194 214 180 233

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.