Kukulka

Kukulka Xəbərlər 27-10-2017, 17:30

ATV-də yeni QALMAQAL: Yeni vitse-prezident tutduğu vəzifələrdən imtina etdi

ATV-də yeni QALMAQAL: Yeni vitse-prezident tutduğu vəzifələrdən imtina etdi




Bu yaxınlarda "Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib.

LoadinG.AZ "Ölkə.Az”a istinadən xəbər verir ki, buna səbəb Fuad Cabbarovla ATV-nin yeni prezidenti Azər Xəlilov arasında yaranan fikir ayrılığıdır.

Fuad Cabbarov ATV-yə vitse-prezident təyin olunandan sonra cəmi bir neçə gün işə çıxıb. ATV-də idarəetmə məsələləri ilə bağlı Azər Xəlilovla Fuad Cabbarov arasında fikir ayrılığı yarandığı üçün vitse-prezident ona həvalə olunan vəzifədən könüllü şəkildə imtina edib.

Əldə etdiyimiz məlumata görə, ATV-nin digər yeni vitse-prezidenti Lamiyə Ələkbərova da naməlum səbəblərdən işə çıxmır.
Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir.

Xatırladaq ki, ötən ay "ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılıb. Onların yerinə isə yeni şəxslər təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
622 691 586 602 538 601

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.