AzizA

AzizA Məşhurlar 22-03-2026, 12:30

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Loading.Az xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı"da danışıb. O bildirib ki, hər kişiyə onu təəccübləndirmək nəsib olmur:

"30-35 yaşdan sonra sevgidən əvvələ hörmət və güvən keçir. Sevgi onlardan sonra gəlir. O hisslərə çox da bel bağlamaq olmaz. Güvəni qadın hiss etməsə, insanı sevə bilmir. Sevginin bünövrəsi güvənlə qoyulur. Sevən insanlar var ki, qəfəsin içindədilər, qapı açıqdı, çıxa bilər. Amma o qaranlıqda qalıb, sevgisini içinə basdırmağa üstünlük verir. Kişi də var ki, qadının qarşısında özünü qaya kimi göstərməyə çalışır. Yel əsəndə qamış qədər zəif olur, danışanda ağzına "çullu dovşan" yerləşmir, o hissləri yaşayanda gücsüzdür. Özüm kimi olan qadınları nəzərdə tuturam ki, həyatda zərbələri almış, özünü toparlamış qadını təəccübləndirmək hər kişiyə nəsib olmur. Demirəm, yükümü daşısın, zatən yükümü özüm daşıyıram. Heç olmasa sənin keçdiyin yolları keçməlidir ki, əziyyətlərini anlasın. Mən elə-belədən bu gün Lalə olmamışam. Daha asan yolları seçə bilərdim. Qarşımdakı insan da mənim qədər əziyyət çəkməlidir, həyatda bir daşı daş üstünə qoymağı bilməlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 188 215 186 201 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.