cabir

cabir Xəbərlər 22-03-2026, 18:15

"Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib"

"Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib"

Texnologiya müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi detalları məlum olub.       Sun.Az         “Qafqazinfo"ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalırmış:           

"İllərdir baş verən təzyiq, təhqir və təhdidlərin bu yerə gələcəyini bildiyi üçün Yoldaşı ilə yollarını ayırmağa çalışıb. Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib".

Hətta bildirirlər ki, gənc qadın dəfələrlə uşaqları ilə təhdid olunub. Əri tərəfindən evə məhkum edilən 36 yaşlı qadın ayrılmaq qərarını yoldaşına bildirdikdə isə V.Abbasov onu qətlə yetirib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 209 183 169 207 161

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.