cabir

cabir Xəbərlər 24-03-2026, 16:40

ABŞ-nin İrana qarşı hərbi siyasəti Fars körfəzi ölkələrini narazı salıb

ABŞ-nin İrana qarşı hərbi siyasəti Fars körfəzi ölkələrini narazı salıb

Fars körfəzi ölkələri ABŞ-nin İrana qarşı hərbi əməliyyat zamanı onların fikirlərini dinləməməsindən narazıdırlar.         Sun.Az            

xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat verib.             

Mənbə hesab edir ki, Yaxın Şərq dövlətlərinin qəzəbi ABŞ Administrasiyasının qərarlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilməmələrindən qaynaqlanır.

"Ərəb dövlətləri Vaşinqtonu İsraili İranın enerji obyektlərinə zərbə endirməkdən çəkindirməyə razı saldıqlarına inanırdılar, lakin bunun əvəzinə ABŞ yəhudi dövlətinin İslam Respublikasındakı Cənubi Pars qaz yatağına hücumunu təsdiqlədi", - deyə qəzetdə qeyd olunub.

Xatırladaq ki, martın 18-də İranın Buşehr əyalətindəki Əsəlluyə rayonunun rəhbəri İsrail və ABŞ-nin zərbəsi nəticəsində Cənubi Pars neft yatağındakı bir neçə obyektdə yanğın baş verdiyini bildirib. Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaxın gələcəkdə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduğunu açıqlayıb. Daha sonra "Qatar Energy" şirkəti Ras Laffandakı bir obyektin raket hücumuna məruz qaldığını və yanğına səbəb olduğunu bildirib. Qətər Müdafiə Nazirliyi zərbənin İran ərazisindən ballistik raketlə endirildiyini bildirib.

       

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 181 183 196 145 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.