Mən səninlə ölməyə də gedərəm!
Bahar gəlib, bax, sevgilim, gülümsə,
Sən baharın gözəlliyin bilirsən.
Bu dünyada sevmək əgər ölümsə,
Mən səninlə ölməyə də gedərəm!
Gör nə qədər ayrılıq var dünyada,
Niyə bitmir ayrılıqlar dünyada?
Mən səninlə ayrılığı dünyadan
Öz canımla silməyə də gedərəm!
Göz yaşımdı, məni məndən qoparan,
Xəyallardı uzaqlara aparan.
Harda olsan gəlib səni taparam,
Ağlayarkən gülməyə də gedərəm!
Bahar dedim varlığına alışdım,
Yoxluğunu buludlara danışdım.
Mən səninlə cənnətimlə tanışdım,
Cəhənnəmi bilməyə də gedərəm,
Lap səninlə ölməyə də gedərəm!
• Nail Zeyniyev







