AzizA

AzizA Məsləhətlər 26-03-2026, 13:30

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir.

Loading.Az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlük vermək həzm problemlərinə səbəb ola bilər.

Qeyd olunur ki, ilk günlərdə qidalanma yüngül və balanslı olmalıdır. Səhər yeməyində zülal və liflə zəngin qidalara yumurta, süd məhsulları, tərəvəz və tam taxıllara üstünlük verilməsi tövsiyə edilir.

Loading.Az xəbər verir ki, gün ərzində isə az-az, lakin tez-tez qidalanmaq orqanizmin uyğunlaşmasını asanlaşdırır.

Həkimlər bildiriblər ki, qızardılmış və həddindən artıq şirin qidalardan uzaq durmaq vacibdir. Bunun əvəzinə qaynadılmış və ya buğda hazırlanmış yeməklər seçilməlidir. Eyni zamanda, su balansının bərpası üçün gün ərzində kifayət qədər maye qəbul etmək tövsiyə olunur.

Mütəxəssislərin sözlərinə görə, meyvə və tərəvəzlərin gündəlik rasionda artırılması, həmçinin fiziki aktivliyin tədricən bərpası sağlamlığın qorunmasına kömək edir.

Qidalanma rejiminə düzgün keçid orqanizmin yorğunluğunu azaltmaqla yanaşı, həzm sisteminin normal fəaliyyətini dəstəkləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
125 127 112 128 140 96

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.