ice berg

ice berg Xəbərlər 27-03-2026, 13:00

Yeni dollarların üzərində görün kimin imzası OLACAQ

Yeni dollarların üzərində görün kimin imzası OLACAQ

ABŞ-nin Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasibətilə yeni planını təqdim edib. Belə ki, milli valyuta olan ABŞ dollarının üzərində hazırkı Prezident Donald Trampın və maliyyə naziri Skott Bessentin imzaları yerləşdiriləcək.

 

Loading.aZ xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

S.Bessent mövzu ilə bağlı çıxışında qeyd edib ki, Prezident Donald Trampın və dövlətin tarixi uğurlarını yaddaşlarda saxlamaq üçün onun imzasını daşıyan ABŞ dollarlarının dövriyyəyə buraxılmasından daha təsirli vasitə mövcud deyil.

 

Xatırladaq ki, 1776-cı ildə imzalanan İstiqlaliyyət Bəyannaməsi ilə ABŞ-nin Britaniya İmperiyasından asılılığına son qoyulub. Sözügedən sənəd Konqres tərəfindən 1776-cı il iyulun 2-də Pensilvaniya ştatına daxil olan Filadelfiya şəhərində qəbul olunub. İki gün sonra Konqres bəyannamənin redaktə edilmiş variantını təsdiqləyərək çap edilməsi və xalqa paylanması barədə qərar qəbul edib. Məhz bu səbəbdən iyulun 4-ü ABŞ-nin yaranma günü kimi tarixə düşüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
103 149 132 138 129 147

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.