cabir

cabir Xəbərlər 28-03-2026, 17:30

Müctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı

Müctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı

"İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir".      Sun.Az                

-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə Tehranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib.              

"Onun ictimaiyyət qarşısında görünməməsinin səbəbi mövcud xüsusi hallar fonunda təhlükəsizlik tədbirləri ilə bağlıdır", - deyə Bəhreyni bildirib.

Qeyd edək ki, kəşfiyyat xidməti nümayəndələrinin ABŞ Prezidenti Donald Tramp üçün xüsusi brifinqləri zamanı dəfələrlə İran liderinin yoxluğunun "sirri" məsələsi qaldırılıb. Adıçəkilməyən ABŞ məmurunun sözlərinə görə, Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə komandası Tehrandakı vəziyyətə əslində kimin nəzarət etdiyini müəyyənləşdirməyə çalışır.

Martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin dinləmələrində bəyan edib ki, Müctəba Xamenei İsrailin hava hücumu zamanı ağır yaralanıb.

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 150 144 128 142 133

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.