cabir

cabir Xəbərlər 29-03-2026, 10:45

İraqın hava məkanı nə vaxt açılacaq?

İraqın hava məkanı nə vaxt açılacaq?

İraqın hava məkanında uçuş qadağası martın sonuna qədər uzadılıb.       Sun.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə üzərindən aviasiya hərəkətinə cavabdeh olan "Bağdad" Uçuş Məlumatı Bölgəsinin dispetçer xidmətindən məlumat verilib.             

"Hava məkanı 31 mart, yerli vaxtla təxminən saat 9:00-a (Bakı vaxtı ilə saat 13:00 - red.) qədər bağlı qalacaq", - deyə mənbə bildirib.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən İraq səması fevralın 28-də günün birinci yarısında qapadılıb.

TASS-ın Yaxın Şərqin aviadispetçer dairələrindəki mənbəsinin məlumatına görə, hazırda İran, Bəhreyn və Küveyt üzərindəki hava məkanı da bağlıdır. Qətər, BƏƏ və Suriya səmasında əhəmiyyətli məhdudiyyətlər qüvvədədir və İsraildə də uçuşlar vaxtaşırı dayandırılır.

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 156 131 129 163 116

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.