ice berg

ice berg Məsləhətlər 31-03-2026, 15:00

Belçikalı həkimdən səhər yeməyi ilə bağlı vacib tövsiyə

Belçikalı həkimdən səhər yeməyi ilə bağlı vacib tövsiyə

Belçikalı həkim Erik Verdin insanı gün ərzində daha uzun müddət tox saxlayan və zərərli qəlyanaltılardan uzaqlaşdıran səhər yeməyinin əsas "qızıl qayda"sını açıqlayıb.

 

Loading.aZ xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.

 

Mütəxəssis xəbərdarlıq edir ki, səhər saatlarında portağal şirəsi ilə dənli bitkilərin qəbul edilməsi ən faydasız seçimlərdən biridir. Tərkibində şəkərin yüksək olması səbəbindən bu cür kombinasiya orqanizmə mənfi təsir göstərir. Həkimin sözlərinə görə, səhər yeməyində əsas şərt günün ilk yarısında meyvəli qatıq və ya tort kimi şirin məhsullardan imtina etməkdir.

 

E.Verdin şirniyyatların əvəzinə səhər rasionuna yumurta, qızılbalıq, tam taxıllı çörək və avokado daxil etməyi tövsiyə edir. Belə menyu orqanizmi faydalı yağlar, tam zülal və liflə təmin edir. Mütəxəssis vurğulayır ki, xüsusilə liflər bağırsaqlarda olan faydalı bakteriyaları qidalandıraraq sağlam həzm prosesinin qorunmasında mühüm rol oynayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
124 135 138 143 121 138

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.