ice berg

ice berg Sağlamlıq 1-04-2026, 12:00

Ömrünüzü uzatmaq üçün bu 10 qidanı yeyin

Ömrünüzü uzatmaq üçün bu 10 qidanı yeyin

Dünyanın ən güclü 10 qidası açıqlanıb. "Forbes" sağlamlıq üzrə aparılan araşdırmalar əsasında mütləq istifadə edilməli olan 10 təbii qidanın siyahısını açıqlayıb.

 

Bu məhsulların orqanizmi gücləndirdiyi, qocalmanı ləngitdiyi və ümumi sağlamlığa müsbət təsir göstərdiyi bildirilir.

 

Siyahıda yer alan məhsullar:

 

Somon balığı

 

Omega 3 və B12 ilə zəngin olan somon ürək-damar sağlamlığını dəstəkləyir, maddələr mübadiləsini sürətləndirir və güclü zülal mənbəyi kimi seçilir.

 

Alma

 

Antioksidant və liflə zəngin alma hüceyrələri qoruyur, immuniteti gücləndirir, şəkər və ürək xəstəliklərinə qarşı fayda göstərir.

 

Brokoli

 

Yüksək lif tərkibi sayəsində həzmi asanlaşdırır və bağırsaq sağlamlığını yaxşılaşdırır.

 

Nar

 

Güclü antioksidant təsirə malikdir, iltihabı azaldır, ürək sağlamlığını dəstəkləyir.

 

Lobya

 

A və C vitamini, fol turşusu və kaliumla zəngin fasulye pis xolesterolu azaltmağa kömək edir.

 

Fındıq

 

Doymamış yağ turşuları, vitamin və mineralların yüksək miqdarı sayəsində beynin və ürəyin fəaliyyətini gücləndirir.

 

Süd

 

Kalsium, B2, B12 və A vitamini ilə zəngin olan süd sümük sağlamlığı üçün əsas qidalardan sayılır.

 

Qırmızı ət

 

Zülal, dəmir və B qrup vitaminləri ilə zəngindir, enerji verir və əzələ inkişafını dəstəkləyir.

 

Yumurta

 

Bütün zəruri amin turşularını ehtiva edən yumurta yüksək keyfiyyətli zülal mənbəyidir.

 

Qarağat

 

Antioksidant təsiri ilə yaddaşı gücləndirir, immuniteti artırır və ürək xəstəlikləri riskini azaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
110 145 122 124 130 137

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.