cabir

cabir Xəbərlər 31-03-2026, 18:20

ABŞ bazalarına hücum taktikası dəyişir - "Qrad"dan imtina edildi

ABŞ bazalarına hücum taktikası dəyişir - "Qrad"dan imtina edildi

İraqda fəaliyyət göstərən İranpərəst şiə silahlı qruplar ABŞ hərbi bazalarına qarşı hücumlarda "Qrad" çoxsaylı raket sistemlərindən istifadə etməyəcəklərini açıqlayıblar.       Sun.Az     xəbər verir ki, bu barədə İraq müqavimət qüvvələrinin Telegram kanalında məlumat yayılıb.              

Bəyanatda qeyd olunur ki, Bağdaddakı hərbi bazaların və düşərgələrin "Qrad" raketləri ilə atəşə tutulması mülki əhali üçün ciddi təhlükə yaradır. Bu səbəbdən, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə belə silahlardan istifadənin məqsədəuyğun olmadığı vurğulanır.

Həmçinin bildirilir ki, "İslam Müqaviməti" adlandırılan qruplar mülki şəxslərə və onların əmlakına zərər verə biləcək hücum üsullarından çəkinməyə üstünlük verir.

Bununla yanaşı, İranpərəst hərəkatlar ABŞ hərbi qüvvələrinin şəhərdə mövcudluğunun yerli əhali üçün əsas təhlükə mənbələrindən biri olduğunu iddia edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
137 163 119 108 130 131

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.