Türkiyədə yoxa çıxan qız Belqrad yaxınlığında tapıldı
Türkiyədə itkin düşən, Moskva vilayətinin Odintsovo şəhərindən olan 21 yaşlı tələbə Kristina M. Serbiyada tapılıb. Sun.Az xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, gənc qız Belqrad yaxınlığında aşkarlanıb və onun vəziyyətinin yaxşı olduğu bildirilir.
"Qız sağlamdır. Anasının sözlərinə görə, hər şey qaydasındadır. Onun axtarışı doqquz gün davam edib", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, hazırda Kristinanın ailəsi onun Rusiyaya qayıdıb-qayıtmayacağı ilə bağlı qərar verməlidir.
Qeyd edək ki, Kristina M. ailəsinə telefon vasitəsilə tanış olduğu bir şəxsdən qorxduğunu bildirib. Daha sonra o, Türkiyədə olarkən izsiz yoxa çıxıb.
Məlumata əsasən, gənc qadın fevralın sonlarında Serbiyaya uçsa da, valideynlərinə Soçiyə gedəcəyini deyib. Martın ortalarında anasına Belqradda olduğunu bildirib. Lakin martın 17-də Türkiyəyə gəlib və həmin vaxtdan etibarən onunla əlaqə kəsilib.






