ice berg

ice berg Sağlamlıq 2-04-2026, 11:00

Asqırmağı dayandırmaq göz və qulaq damarlarını partlada bilər

Asqırmağı dayandırmaq göz və qulaq damarlarını partlada bilər

Uşaq anestezioloqu David Kallexo asqırmağı saxlamağın ilk baxışdan göründüyündən daha ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib.

 

Loading.aZ xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

 

Mütəxəssisin sözlərinə görə, asqırmaq orqanizmi yad cisimlərdən təmizləyən mühüm müdafiə reaksiyasıdır. Bu proses zamanı burun və boğaz boşluğundan hava saatda 160 kilometr sürətlə xaric olur.

 

Həkim bildirib ki, ağız açıq olduqda təzyiq sərbəst şəkildə kənara çıxır. Lakin ağız bağlandıqda yaranan təzyiq bədənin digər nahiyələrinə yönəlir və bu da müxtəlif problemlərə səbəb ola bilər.

 

Ekspert xəbərdarlıq edib ki, asqırmağın qarşısını almağa cəhd etmək üz və gözlərdəki qan damarlarının partlamasına, qulaq pərdəsinin zədələnməsinə, udlağın yırtılmasına, hətta kəllədaxili qanaxma kimi ağır nevroloji fəsadlara gətirib çıxara bilər.

 

D.Kallexo qeyd edib ki, tibb tarixində bu cür hallara cəmi 60 dəfə rast gəlinib. Bununla belə, zərərçəkənlərin böyük əksəriyyəti gənc və tamamilə sağlam insanlar olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 115 125 147 139 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.