Fransa helikopterləri İranda gərginliyi artırır
Fransanın Yaxın Şərqə "Tiger" helikopterlərini yerləşdirməsi İran rəhbərliyinin narazılığına səbəb ola bilər və bu, ciddi qarşıdurma riski yaradır. Sun.Az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, general-mayor Vladimir Popov jurnalistlərə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, dörd hücum helikopterinin bölgəyə yerləşdirilməsi hərbi baxımdan həlledici rol oynamayacaq. O qeyd edib ki, helikopterlər bazaya enən kimi və ya İran qüvvələrinə qarşı hər hansı zərbə endirən kimi dərhal cavab hücumu ilə üzləşə bilərlər.
Popov hesab edir ki, İranla mümkün qarşıdurmada Vaşinqtona dəstək vermək Parisin beynəlxalq imicinə ciddi zərbə vura bilər. Onun fikrincə, Fransa bayrağı altında hərəkət edən gəmilər və tankerlər də İran tərəfindən potensial hədəf kimi qəbul oluna bilər.






