AzizA

AzizA Müxtəlif 4-04-2026, 16:30

Çində ev heyvanları üçün xüsusi telekanal açılıb

Çində ev heyvanları üçün xüsusi telekanal açılıb

Çinin texnologiya nəhəngi "Tencent" ev heyvanları üçün nəzərdə tutulmuş xüsusi "Pet TV" telekanalını istifadəyə verib.

Loading.az xəbər verir ki, bu barədə "Sixth Tone" qəzeti məlumat yayıb.

Martın 20-dən fəaliyyətə başlayan telekanal "Tencent Video" platforması üzərindən 24 saat fasiləsiz yayım həyata keçirir. Kanala baxış abunəlik sisteminə əsaslanır və aylıq ödəniş 25 yuan (təxminən 6 manat) təşkil edir. Platformada həm "Tencent"in öz istehsalı olan videolar, həm də ABŞ-nin məşhur "DogTV" resursunun kontentləri təqdim olunur.

Şirkətdən verilən məlumata görə, "Pet TV"dəki bütün videolar heyvanların görmə və eşitmə xüsusiyyətlərinə uyğun hazırlanıb. Belə ki, kadrlarda рeyvanlar üçün xüsusi rəng palitrası seçilib və kadrların yenilənmə tezliyi, eləcə də səs tezlikləri heyvanların qavrayışına uyğunlaşdırılıb.

Materiallar bir neçə kateqoriyaya bölünüb. Hətta konkret it cinsləri üçün nəzərdə tutulan xüsusi videolar da verilişlər çeşidinə daxil edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 157 155 146 158 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.