cabir

cabir Xəbərlər 5-04-2026, 14:20

"Bir millət, üç dövlət" - Ünal Üstel Bakıda mühüm mesajlar verdi - VİDEO

"Bir millət, üç dövlət" - Ünal Üstel Bakıda mühüm mesajlar verdi - VİDEO

Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel olub.

Baş nazir Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşünün türk dünyası üçün mühüm nəticələr doğurduğunu vurğulayıb.          

O bildirib ki, Şimali Kipr TDT-yə tamhüquqlu üzv olmaq niyyətindədir. Ünal Üstel regional münaqişələrlə bağlı mövqeyini də açıqlayaraq müharibənin genişlənməsinin qarşısının dərhal alınmasının vacibliyini qeyd edib.

Yunan tərəfi ilə təmaslara da münasibət bildirən baş nazir "Bir millətin üç türk dövləti kimi mübarizəni birlikdə davam etdirəcəyik", - deyə vurğulayıb.

Ünal Üstelin sözlərinə görə, türk dövlətlərinin ortaq iradəsi ilə regionda sabitlik və sülhə nail olmaq mümkündür.( Sun.Az)

      

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 102 115 112 129 140

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.