İlk görüşlərdə yaşanan gülməli hadisələrdən danışdılar
Qadınlar və kişilər ilk görüşlər zamanı yaşadıqları ən gülməli məyusluqları bölüşüblər. Onlar bu təcrübələrini Reddit forumunun AskReddit bölməsində paylaşıblar.
Bəzi istifadəçilər qarşı tərəfin təkəbbürlü davranışına təəccüblənib. Məsələn, bir kişi görüş zamanı belə deyib: “Mən əməkdaşlarıma yaxşı işlədiklərini deməyi sevmirəm, çünki o zaman özləri haqqında çox düşünərlər və burada əsas adamın onlar olduğunu zənn edərlər”.
Bir başqa kişi isə qızın onu şam yeməyinə evinə dəvət etməsindən sonra xoşagəlməz sürprizlə qarşılaşıb: “Ora çatanda gördüm ki, o, yeməyi yalnız özü üçün hazırlayıb. Konserv qabdan çıxardığı, pendirli ‘farfalle’ makaron idi”.
Digər bir oğlan isə qızın tarix biliklərinin zəif olmasına görə məyus olub: “Restoranda oturmuşduq, divarlar köhnə və məşhur qəzet kəsikləri ilə bəzədilmişdi. O isə məndən soruşurdu ki, bunlar həqiqidirmi, doğrudanmı belə hadisələr baş verib. Kəsiklərdən biri Kennediyə edilən sui-qəsd haqqında idi”.







