İran köhnə raketlərlə hücuma keçir: Müdafiə sistemləri risk altında
İran ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərinə qarşı çox sayda köhnə raketlərdən istifadə edir. Sun.Az xəbər verir ki, bu barədə ABŞ ordusunun polkovnik-leytenantı Daniel Devis özünün YouTube kanalında bildirib.
Ekspert qeyd edib ki, İran müxtəlif nəsil raketlər və buraxılış qurğularından ibarət geniş arsenala malikdir. Onun sözlərinə görə, ABŞ və İsrailin qarşıdurma zamanı sursat və tutucu sistem ehtiyatlarının xeyli azalması fonunda İran daha ağır döyüş başlıqları daşıyan köhnə raketlərin kütləvi buraxılışını həyata keçirmək imkanına malikdir.
Devis əlavə edib ki, bu tip raketlərin "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi və "Patriot" raket komplekslərini yarma ehtimalı daha yüksəkdir.






