İran səmasında ağır itkilər: ABŞ 10 uçuş aparatını itirdi
İran üzərində vurulan F-15E qırıcı təyyarəsinin heyətini xilas etmək cəhdi zamanı ABŞ tərəfi ümumilikdə 10 uçuş aparatını itirib. Sun.Az xəbər verir ki, bu barədə ABŞ-ın Military Watch Magazine (MWM) jurnalı məlumat yayıb.
Hesabatda bildirilir ki, İran üzərində aşağı hündürlükdə həyata keçirilən əməliyyatlar zamanı İranın hava hücumundan müdafiə qüvvələri iki UH-60 helikopterini, iki MQ-9 pilotsuz uçuş aparatını, hava dəstəyi göstərdiyi bildirilən bir A-10 təyyarəsini və İsrailə məxsus "Hermes 900" kəşfiyyat dronunu vurub.
Bundan əlavə, düşmən əlinə keçməsinin qarşısını almaq məqsədilə İranda məcburi eniş edən iki HC-130J Combat King II təyyarəsi və iki MH-6 helikopteri ABŞ tərəfindən məhv edilib.






