ice berg

ice berg Programlar 6-04-2026, 06:06

"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklər

"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklər

"Telegram" dünya miqyasında qeyri-rəsmi proqramlar vasitəsilə platformaya daxil olan istifadəçi hesablarını xüsusi şəkildə işarələməyə qərar verib.

Loading.Az-ın verdiyi xəbərə əsasən, bu yenilik barədə "RİA Novosti" agentliyinə "Mobile Research Group"un baş analitiki və rusiyalı mütəxəssis Eldar Murtazin məlumat verib.

"Telegram" kənar proqramlar və qeyri-rəsmi müştəri tətbiqləri ilə işləyən hesabları xüsusi olaraq fərqləndirir. Artıq bu yeni funksiyadan qlobal səviyyədə bütün istifadəçilər yararlana bilərlər", - deyə o qeyd edib.

Nəticədə həmin şəxslərin profillərində bu cür hesablarla əlaqə qurmağın riskli ola biləcəyinə dair xəbərdarlıq mətni görünür. Analitik bildirib ki, bu yeniliyin əsas məqsədi "Telegram" istifadəçilərinin kimin hansı proqramla daxil olduğunu görməsini təmin etmək və ətrafındakı insanları yalnız rəsmi tətbiqlərdən yararlanmağa həvəsləndirməkdir.

Murtazin əlavə edib ki, populyar messencer bununla yanaşı öz şəbəkəsinə nəzarət etməyə imkan verən əlavə alət də istifadəyə verib:

"Bu addım istifadəçiləri rəsmi "Telegram" mühitində tutmağın daha loyal və təsirli bir üsuludur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
141 129 143 166 144 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.