İlk görüşdə kişinin xoşuna necə gəlməli? - "Bu, bir çox qadınların heç ağlına da gəlmir..."
"Heç demə, kişi qəlbini fəth etmək o qədər də çətin deyil..."
Bir çox qadınları ilk görüşdə kişiyə necə xoş gəlmək maraqlandırır. Onlar əsasən gözəl geyinməyə, effektli görünməyə və "alınmaz qala" təsiri bağışlamağa çalışır. Lakin kişilər başqa şeylərdə "ilişir".
Loading.aZ xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.
"Reddit" sosial şəbəkəsinin istifadəçiləri arasında kişilər üçün nəyin əsində "yaşıl işıq" olduğu barədə sorğu keçirilib.
Heç demə, bir çox qadınlar öz seçdiyi tərəf-müqabilini asanlıqla necə heyran etməyi ağıllarından belə keçirmir.
Belə ki, ən çox cavablar ünsiyyət mövzusuna aid olub. Kişilərdən heç kim qadının öz zahiri görkəmi ilə cəlb etdiyini yazmayıb.
Əslində kişilərə səmimi söhbətlər lazımdır. Onları dinləmək istəyəndə bunu dəyərləndirirlər.
Kişilər ilk görüşdə qadının onların xoşuna gəlməsini necə anladıqları barədə sualına belə cavab verib:
- O, məni səmimi olaraq dinləyir və səmimi danışır;
- Geriyə dönərkən, deyə bilərəm ki, evlənəcəyim qadında olan ən böyük "yaşıl işıq" o olmalıdır ki, mən onu görmək üçün göstərdiyim səylər qədər o da məni görmək üçün o qədər səylər göstərməlidir.
O da mənim kimi ilk dəfə olaraq yazıb, görüş yeri təklif etməli və görüşlər üçün ideya düşünməlidir. Düşünmürəm ki, mən o zaman bunu anlamışam, amma indi anlayıram.
- Məni diqqətlə dinləyir və suallar verir. Mən elə hey özüm haqqında danışmaq istəmirəm, lakin bu, işə götürənlərin işə qəbul zamanı söhbətinə bənzəməməlidir. Mənim haqqımda mənə suallar verin. Həmçinin yaxşı davranışın böyük əhəmiyyəti var.
- Əgər siz yemək, yaxud başqa şeylər üçün ödəniş edirsiniz, o, sizə "çox sağ ol" deyir və səmimi minətdarlıq edir.
Qadınların ağılasığmaz dərəcədə hissəsi görüş zamanı sizin ödəniş etdiyiniz şeylərə görə sizə sağ ol deməyəcək.
Şərhlərdən göründüyü kimi, kişinin qəlbini fəth etmək o qədər də çətin deyil. Səmimi olun, suallar verməkdən və zarafat etməkdən çəkinməyin.
Bir çoxları həmçinin qeyd edib ki, ilk görüş zamanı qadın diqqətini telefonda yazışmalara yayındırmırsa, bu, ona münasibəti dəyişir. Kişi anlayır ki, o həmsöhbət kimi maraqlıdır və bu onu sevindirir.







