Geosiyasi gərginlik neftə təsir etdi - qiymətlər rekord həddə yaxınlaşır
ABŞ Prezidenti Donald Trumpın İrana qarşı yeni təhdidləri fonunda dünya bazarında neftin qiyməti yenidən yüksəlişə keçib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Brent markalı xam neftin iyun fyuçerslərinin qiyməti artıq üçüncü gündür artım göstərir. Bu səhər etibarilə qiymət 1,31 dollar (1,19 faiz) bahalaşaraq bir barel üçün 111 dolları ötüb.
Eyni zamanda, WTI üzrə müqavilələr də yüksəliş trendini davam etdirir. Belə ki, qiymət 2,85 dollar (2,54 faiz) artaraq bir barel üçün 115,26 dollara çatıb.






