Panama kanalında tanker partladı: yaralılar var
Panama kanalı üzərindəki körpünün altından keçən tankerdə güclü partlayış baş verib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə tankerdə baş verən yanğın səbəb olub. Yanacağın partlaması nəticəsində alov yaxınlıqdakı digər yanacaq tankerlərinə də yayılıb.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Onlardan ikisi ikinci dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha bir nəfərin itkin düşdüyü bildirilir və onun axtarışları davam etdirilir.
Partlayış səbəbindən körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Səlahiyyətli qurumlar sakinləri hadisə yerindən uzaq durmağa və fövqəladə xidmətlərin işinə mane olmamağa çağırıb.






