İsrail ordusu Livanın Tir şəhərinin sakinlərinə təxliyə ilə bağlı xəbərdarlıq edib
İsrail ordusu Livanın sahil şəhəri Tir sakinlərinə "təcili" təxliyə xəbərdarlığı edib. Sun.Az CNN-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin ərəb sözçüsü Telegram-a göndərdiyi paylaşımda bildirib ki, "Təhlükəsizliyinizi təmin etmək üçün dərhal evlərinizi tərk edin və Zəhrani çayının şimalına köçün".
İDF ərazidə Hizbullah terror təşkilatını hədəf aldığını bildirib. İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi daha əvvəl bildirib ki, Livan ABŞ, İsrail və İran arasında atəşkəsə daxil deyil.
Müəllif: İlkin Məmmədkərimov






