İran sülh danışıqlarında J.D. Vensə ümid edir
İran nümayəndə heyəti qarşıdan gələn sülh danışıqlarında ABŞ-ın vitse-prezidenti J.D. Vensin daha çox dəstək verə biləcəyini düşünür. Sun.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Bildirilib ki, Vensin ABŞ-ın danışıqlar qrupuna daxil edilməsi prezident Donald Trampın diplomatik yanaşmasında nəzərəçarpacaq dəyişiklik hesab olunur. Daha əvvəl İranın nüvə proqramı ilə bağlı keçirilən iki raund danışıqlara Stiv Vitkoff və Kuşner rəhbərlik edib.






