Hörmüz boğazına daxil olmaq istəyən tanker geri qaytarıldı
Hörmüz boğazından keçməyə cəhd edən neft tankeri geri qaytarılıb və Fars körfəzinə istiqamətlənib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, söhbət Panama bayrağı altında üzən "Auroura" neft tankerindən gedir.
"MarineTraffic" gəmi izləmə portalının məlumatına görə, tanker əvvəlcə Hörmüz boğazına doğru hərəkət etsə də, sonradan geri dönərək Fars körfəzində qalıb.






