ABŞ neft şirkətləri İranın qərarına etiraz etdi
ABŞ-ın aparıcı neft şirkətlərinin rəhbərləri İranın Hörmüz boğazından keçən xarici tankerlər üçün rüsum tətbiq etmək qərarına etiraz ediblər. Sun.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın iri enerji şirkətlərinin rəhbərləri məsələnin həllinə dəstək almaq üçün Dövlət katibi Marko Rubio və vitse-prezident J.D. Vensə müraciət ediblər.
Onların fikrincə, Yaxın Şərqin əsas logistika arteriyalarından biri olan Hörmüz boğazından keçən xarici gəmilər üçün rüsumun tətbiqi iki həftəlik atəşkəsin şərti kimi irəli sürülməməlidir.






