cabir

cabir Xəbərlər 9-04-2026, 16:45

Rusiya rəsmisi Ukrayna danışıqlarının vəziyyətini açıqladı

Rusiya rəsmisi Ukrayna danışıqlarının vəziyyətini açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətini şərh edib.         Sun.Az                 xəbər verir ki, diplomat bu fikirləri "İzvestiya" nəşrinə müsahibəsində səsləndirib.             

Miroşnik bildirib ki, dialoqun bərpası üçün Rusiya, ABŞ və Ukraynanın razılığı vacibdir. O, həmçinin Moskvanın prosesi gecikdirmək niyyətində olmadığını vurğulayıb.

Diplomat qeyd edib ki, prosesin gedişi müəyyən qədər ABŞ-ın İranla danışıqlarda kim tərəfindən təmsil olunacağı ilə bağlı qərarından asılıdır.

"Əgər eyni danışıqçılar iştirak edərsə, bu, prosesi bir qədər gecikdirə bilər. Lakin bu, Ukraynada nizamlanma istiqamətində danışıqların davamına və ya irəliləyişinə fundamental maneə yaratmır", - deyə o bildirib.

            

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
131 137 133 127 104 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.