İsrailin şimalında raket qəlpələri nəticəsində binaya ziyan dəyib
Cümə səhəri Hizbullah terror təşkilatının Qalileyaya atdığı raket atəşi nəticəsində İsrailin şimalındakı bir binaya raket qəlpəsi ziyan vurub. Sun.Az
The Jerusalem Post-a istinadən xəbər verir ki, bir nəfər narahatlıqla əlaqəli simptomlardan əziyyət çəkir, lakin hadisə nəticəsində başqa xəsarət alanlar barədə məlumat verilməyib.
İsrail polisi bildirib ki, hakimiyyət orqanları qəlpələrin düşdüyü yeri qorumaq üçün çalışır.
Müəllif: İlkin Məmmədkərimov






