Zelenski: "Sentyabra qədər vəziyyət daha da ağırlaşacaq"
Ukraynanı sentyabr ayına qədər çətin bir dövr gözləyir. Sun.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram kanalında açıqlama verib.
Onun sözlərinə görə, bu vəziyyət Rusiya Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində artan təzyiqlə bağlıdır. Kiyev üçün vəziyyət, həmçinin ABŞ-ın avqust ayında üçtərəfli danışıqlardan çıxmaq ehtimalı səbəbindən daha da mürəkkəbləşir.
"Düşünürəm ki, sentyabr ayına qədər bizim üçün çox çətin olacaq. Bu yaz-yay dövrü həm siyasi, həm də diplomatik baxımdan mürəkkəb keçəcək. Ukraynaya təzyiq arta bilər. Döyüş meydanında da təzyiq hiss olunacaq", - deyə Zelenski bildirib.






