Zaxarovadan Ermənistana mesaj: "Bu, sadəcə emosiyadır"
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi-dən çıxması ilə bağlı səsləndirilən fikirlər Ermənistan cəmiyyəti tərəfindən qiymətləndirilməlidir. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi-nin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Diplomat məşhur "kirpini çılpaq arxası ilə qorxutmaq" ifadəsinə istinad edərək bildirib: "Bu, kirpiyə öz imkanlarının zəifliyi ilə hədə-qorxu gəlməyi xatırladır".
Zaxarovanın sözlərinə görə, Ermənistan Milli Assambleyası-nın spikeri Alen Simonyanın səsləndirdiyi fikirlər daha çox emosional xarakter daşıyır.






