Hörmüz boğazı gündəmdə - ABŞ NATO-dan hərəkət gözləyir
ABŞ Prezidenti Donald Trampın çərşənbə günü NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüşdə Alyans üzvləri Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üçün təcili tədbirlər görməyə çağırılıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə avropalı diplomatlar CNN müxbirlərinə məlumat veriblər.
Mənbələrin sözlərinə görə, Ağ Ev artıq bir neçə gündür bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəal iş aparır. Həmsöhbətlər məsələnin həm ABŞ, həm də Avropa üçün son dərəcə təcili olduğunu vurğulayıblar.
Bununla belə, anonim diplomatik mənbələrdən birinin bildirdiyinə görə, Rutte Trampa NATO müttəfiqlərinin İrana qarşı başladılan ABŞ-İsrail hərbi əməliyyatlarından "tamamilə təəccübləndiklərini" çatdırmalı olub.






