AzizA

AzizA Maraqlı 12-04-2026, 15:30

Səyahət üçün ən pis geyim rəngi AÇIQLANDI

Səyahət üçün ən pis geyim rəngi AÇIQLANDI

Mütəxəssislər bildirir ki, səyahət zamanı geyim seçimi rahatlıq üçün çox vacibdir. Ən böyük səhvlərdən biri isə ağ rəngli geyim seçməkdir.

Loading.az-ın xarici mediaya istinadən xəbərinə görə, səyahətçi Lauren Tan göstərib ki, nəqliyyatda oturacaqlar düşündüyümüz qədər təmiz olmur. Ağ geyim isə toz, ləkə və çirki dərhal göstərir. Bu səbəbdən yol zamanı tez çirklənir və narahatlıq yaradır. Problem təkcə rəngdə deyil.

Şort geyinmək də yaxşı seçim sayılmır, çünki dəri birbaşa oturacaqla təmasda olur və bu, gigiyenik deyil. Üstəlik, nəqliyyatda kondisioner səbəbilə hava sərin ola bilər. Səyahət üçün ən uyğun seçimlər tünd və neytral rənglərdir: qara, boz, tünd mavi, xaki və ya qəhvəyi.

Bu rənglər daha az çirklənir və səliqəli görünüşü qoruyur. Geyim olaraq isə cins şalvar, jogger və ya rahat trikotaj şalvarlar daha uyğundur. Onlar həm rahatdır, həm də dərini qoruyur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 154 125 169 128 153

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.