ice berg

ice berg Kitablardan sitatlar 11-04-2026, 23:00

Ən gözəl fürsətlər insanın özünün yaratdığı fürsətlərdir

Ən gözəl fürsətlər insanın özünün yaratdığı fürsətlərdir

“İndiyə qədər güldüyünü görmüsənmi heç?”- deyə soruşdu.

Ölü Ruhlar, Abbas Maroufi

Tanrı dualarınız sizin dodaqlarınızla Özü demədikcə, sizi dinləməz.

Peyğəmbər, Kahlil Gibran

İnsan təzyiq altında yaşamayıbsa, azadlığın dəyərini ölçə bilməz.

Narahatlığın Kitabı, Fernando Pessoa

Leonardo da Vinci, insan yalnız bir şeyi başa düşdükdən sonra ona nifrət və ya sevgi bəsləyə bilər, deyirdi. Mən bundan daha yalnış və eyni zamanda daha mənalı söz bilmirəm.

Narahatlığın Kitabı, Fernando Pessoa

Əslində hər kəs dəlidir, ən dəliləri də dəli olduqlarını bilməyənlərdir.

Veronika Ölmək İstəyir, Paolo Coelho

Böyük sərvət olan yerdə böyük bərabərsizlik var. Bir nəfərin varlı ola bilməsi üçün, ən az 500 kasıb lazımdır.

Azlığın Varlanması Hərkəsin Xeyrinədirmi?, Zygmunt Bauman

Hara gedəcəyini bilmirsənsə, hansı yoldan getdiyin önəmli deyil.

Alice in Wonderland, Levis Carroll

Tamamilə unuduluş içindəyəm, unuduluşumun dadına baxıram, iki şəhər arasındayam, biri məni bilmir, biri isə tanımır. Kim xatırlayır ki, məni?

Bulantı, Jean-Paul Sartre

Sən hansı röyaların sənə aid olduğunu hələ bilmirsən.

Korluq, José Saramago

İnsanlar acgözlülüklərinə görə mükafatlandırılarsa, acgözlü olmaq çox cazibədar olmağa başlayar.

İqtisadi Tətikçinin Etirafları, John Perkins

… Anam həmişə deyərdi ki, insan heç vaxt tamamilə bədbəxt olmur..Başımı qaldırıb səmanın qırmızı rəngə boyandığını görəndə başa düşdüm ki,anam doğru deyirmiş…

Bəyaz Gecələr, Dostoyevski

Yaxşı olduğun üçün hər kəsin sənə ədalətli davranacağını gözləmək, vegeterian olduğun üçün öküzün sənə hücum etməyəcəyini düşünməyə bənzər.

Aforizmlər, Friedrich Nietzsche

Ölüm – qətiyyən kədərli deyil. Kədərli olan odur ki, çoxları ümumiyyətlə yaşamır.

Sülhsevər Döyüşçünün Yolu, Dan Millman

Ən gözəl fürsətlər insanın özünün yaratdığı fürsətlərdir.

Ferrarisini Satan Sahib, Robin Sharma

Mən o vəhşi insanlara adam əti yedikləri üçün nifrət edirdim və mümkün olsa mütləq bir imkanın tapıb onların hamısını məhv etmək istəyirdim amma sonraları başqa bir düşüncə gəldi ağlıma. Bəyəm o ağılsız adamyeyən insanlar,bir-birilərini müharibələrdə məhv edən,bir-birilərinin başlarını kəsib,qanlarını axıdan o özlərini “mədəni” adlandıran insanlardan daha mı vəhşi idilər?!

Robinzon Kruzo, Daniel Defoe

Özünün uydurdugu yalana inanmaq və onu təkrarən söyləmək başqasından eşitdiyin yalana inanıb onu yaymaqdan daha yaxşıdır. Birinci halda sən sadəcə bir insansan, ikincisində isə tutuquşu. İndi qərarını ver sən hansısan? Bir insanmı yoxsa, tutuquşumu?

Cinayət və Cəza, Dostoyevski

Həmişəlik yadında saxla ,qızım,şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər şeydə. Heç vaxt yaddan çıxarma.

Min Möhtəşəm Günəş, Khalid Hussain

Bir tikə çörək oğurladığımız üçün bizi həbs ettilər, ancaq sonra orada bizə hər gün çörək verdilər.

Səfillər, Victor Hugo

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 177 155 195 224 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.