Xəyal dünyamın süfrəsi heç vaxt kasıb olmurdu
Sən mənə baxanda ,danışanda ,oxuyanda mən hiss edirəm ki, yaşayıram …
Oblomov, İvan Gonçarov
Daha o gün anlamışdım mən ömürüm boyu səninlə sınanacaqdım. Çünki insan daim ən sevdiyiylə sınanar..
Çalıquşu, Reşat Nuri Güntekin
Yeri gələndə kəpənək qanadları kimi incə, bəzən isə polad kimi sərt olmaq lazımdır.
Ağ diş, Jack London
Sənin sayəndə ilahi sevginin, şübhənin və qısqanclığın nə demək olduğunu bildim,öz gücünə və əbədiliyinə sığınan arxayın sevgini daddım.
Vadidəki zanbaq, Honore de Balzac
“Qadınlarda elə bir hal olur ki, heç kəs onları incitməsə də, heç bir bədbəxtlik üz verməsə də, bəzən onlar incimək və bədbəxt olmaq ehtiyacını hiss edirlər”.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar, Fyodor Dostoyevski
Xəyal dünyamın süfrəsi heç vaxt kasıb olmurdu. Nə barədə istəsəm, düşünə bilirdim, azad idim.
Ölüm Məhbusunun Son Günü, Viktor Hüqo
Mən sizin evinizin havası ilə nəfəs almaq istərdim. İstərdim,ətrafımda kitablar,tablolar və hər cür qəşəng şeylər olsun,adamlar da sakit və yavaşdan danışsınlar,təmiz geyinsinlər,onların fikirləri də saf,aydın olsun.
Martin İden, Jack London
“Hər şeyi anlayan, hər şeyi əfv edər”.
Hərb və Sülh, Lev Tolstoy
Sevgi ağaca bənzəyir: o öz-özünə böyüyür, bütün varlığımızda dərin kök salır, çox zaman xarabazara dönmüş sınıq bir qəlbdə göyərməyə və çiçəkləməyə başlayır. Sevginin gözü nə qədər kor olsa, bir o qədər çox yaşar. Bu da qəribə bir şeydir.
Paris Notr-Dam Kilsəsi, Viktor Hüqo
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır.
–Dəli Kür, İsmayıl Şıxlı
Nəhayət, romançıların öz xəyallarında uydurduqları bütün dəhşətlər həyatdakı dəhşətlərə görə heç bir şeydir.
Polkovnik Şaber, Onore de Balzak
Of, saxtakar dünya! Sən bir işə bax, Qorxuludur düzgün, namuslu olmaq.
Othello, Uilyam Şekspir
İnsan nə qadar qaçsa da qurtulmaz əcəldən.
İblis, Hüseyn Cavid
Heyf, heyf sənə, uşaqlıq! Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir.
Danabaş Kəndinin Əhvalatları, Cəlil Məmmədquluzadə
İnsani borcunuzdan,öz dostlarınızdan imtina eləməmisiniz,siz təkcə qumarda uduşdan başqa hər hansı məqsəddən imtina eləməmisiniz,siz hətta öz xatirələrinizdən imtina etmisiz……
Qumarbaz, Fyodor Dostoyevski
Mən azad bir insanam. Sizlərin, bütün dövlətli və kasıbların bu qədər qiymətləndirdiyiniz şeylərin mənim üzərimdə heç bir hökmü yoxdur, bütün bunlar mənim üçün havada uçan bir tük qədər əhəmiyyətsizdir.
Albalı Bağı, Anton Çehov
Onun beyni elə gərgin və eyni zamanda dəhşət ediləcək qədər sakit bir halda idi ki, bu zaman dalğınlıq real həyatdan güclü olur. İnsan artıq ətrafdakı şeyləri görmür, xəyalının doğurduğu hər şey ona, onun özündən kənarda mövcud olan real həyat kimi görünür.
Səfillər, Viktor Hüqo
“Ey qara torpaq, məzarda üstümü sən örtəcəksən, atımın ayaqları altında tapdalanan deyildinmi sən?”
Hacı Murad, Lev Tolstoy
Hər kəsi öldürürük, əziz dostum. Kimsəni güllələrlə, kimsəni sözlərlə, kimsəni etdiklərimizlə və kimsəni də indiyə qədər etmədiklərimizlə…
Cinayət və Cəza, Fyodor Dostoyevski
Sadəcə kitab oxumaq bəs etməz insana. Bəzən meydan oxuya bilməli: özünə, həyata, dünyaya….
–İnsanı Yaşadan Nədir?, Lev Tolstoy







