İran parlament sədrindən ABŞ-a mesaj: "Hiyləyə əl atsalar, cavab verəcəyik"
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, İslam Respublikası danışıqlardan hiylə və aldatma məqsədilə istifadə olunacağı təqdirdə ABŞ-a cavab verəcək. Sun.Az xəbər verir ki, bu barədə siyasətçinin sözlərini "Tasnim" xəbər agentliyi Telegram kanalında yayımlayıb.
Qalibaf qeyd edib: "Biz onlara göstərdik ki, əgər danışıqlardan faydasız hiylələr və aldatma üçün istifadə etmək istəyirlərsə, Allaha inamla və xalqımızın gücünə arxalanaraq öz hüquqlarımızı müdafiə etməyə hazırıq".
Onun sözlərinə görə, ABŞ İran xalqının hüquqlarını nəzərə alarsa, rəsmi Tehran sülh müqaviləsini dəstəkləyə bilər.






