ice berg

ice berg Heyvanlar aləmi 14-04-2026, 13:00

6 salamlaşma üsulu – Pişiyinizin dili

6 salamlaşma üsulu – Pişiyinizin dili

“Parade Pets” yazır ki, pişiklərin sahiblərini qarşılama üsulları onların münasibətini göstərir.

 

Loading.aZ xəbər verir ki, veterinar Hilari Hamm-Bitti altı tipik davranışı izah edib.

 

Sizə sürtülür və mırıldayır – güclü sevgi və etibar əlaməti.

 

Qaçır – səs-küy və ya narahatlıq səbəbindən ola bilər, xüsusən yeni pişiklərdə.

 

“Hədiyyə” gətirir – xüsusi bağlılıq və sevgi göstəricisi.

 

Arxanızca gəlir – dərin əlaqənin işarəsi.

 

Yavaşca göz qırpır – özünü təhlükəsiz hiss etdiyini göstərir.

 

Sizi görməzlikdən gəlir – bu, sevgisizlik deyil, sadəcə müstəqillik və ya məşğulluqdur.

 

Mütəxəssis vurğulayır ki, pişiklərin salamlaşması itlərdən fərqlidir və onların incə davranışlarını düzgün oxumaq sahiblə heyvan arasındakı bağın gücünü anlamağa kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
140 140 134 146 139 129

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.