ice berg

ice berg Xəbərlər 11-04-2026, 18:34

Rusiya ilə Ukrayna arasında atəşkəs başladı

Rusiya ilə Ukrayna arasında atəşkəs başladı

Rusiya prezidenti Vladimir Putin pravoslav Pasxa bayramı münasibətilə müvəqqəti atəşkəs elan edib.

Loading.az Rusiya mətbuatına istinadən xəbər verir ki, atəşkəs 11 aprel axşamından başlayaraq 12 aprel gününün sonuna qədər davam etməlidir.

Kremlin məlumatına görə, atəşkəs şənbə günü saat 16:00-dan qüvvəyə minir və bütün cəbhə istiqamətlərinə şamil olunur. Müvafiq göstəriş Rusiya hərbi komandanlığına verilib.


Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Kiyev simmetrik addımlar atmağa hazır olduğunu dəfələrlə bəyan edib və bu dəfə də eyni şəkildə hərəkət edəcək:

"İnsanlara təhlükəsiz Pasxa lazımdır və real sülh addımları vacibdir. Rusiyanın Pasxadan sonra da atəşkəsi davam etdirmək şansı var".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
120 141 148 110 117 150

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.