cabir

cabir Xəbərlər 13-04-2026, 17:20

Atəşkəsin arxasındakı reallıq: tərəflər uduzmamaq üçün geri çəkildi

Atəşkəsin arxasındakı reallıq: tərəflər uduzmamaq üçün geri çəkildi

İran və ABŞ arasında atəşkəsin elan olunması faktiki olaraq münaqişədə heç-heçə vəziyyətinin qəbul edilməsi kimi qiymətləndirilir.        Sun.Az         

xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu Foreign Affairs jurnalı məlumat yayıb.              

Məlumatda qeyd olunur ki, Vaşinqton qısa müddətli və nəzarət olunan münaqişə ssenarisinə ümid etsə də, bu hesablamalar özünü doğrultmayıb. Nəticədə qarşıdurma "şahmat oyunu"ndan çox, tərəflərin uduzmamaq üçün riskləri artırdığı və getdikcə daha çox itkilərlə üzləşdiyi "dollar hərracı"na bənzəyib.

Nəşr vurğulayır ki, mart ayının sonlarına doğru nə İranın, nə də ABŞ-ın asanlıqla geri çəkilməyəcəyi aydın olub. Lakin atəşkəs razılaşması hər iki tərəfin qarşıya qoyduğu bütün məqsədlərə nail ola bilmədiyini də dolayısı ilə etiraf etməsi kimi dəyərləndirilir.

Məqalədə bildirilir ki, münaqişənin uzanmasının "daha böyük itkilər və əzablar" doğuracağı ehtimalı tərəfləri "tammiqyaslı müharibənin astanasından" geri çəkilməyə məcbur edib.

              

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
112 112 159 120 172 114

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.