“014”
Rayon 1930-cu ildə yaradılmışdır. İnzibati mərkəzi Cəbrayıl şəhəridir. Tərkibinə 1 şəhər, 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənd daxildir.
Rayonun adı VIII əsrdə yaşamış Cəbrayıl atanın adından götürülmüşdür. Ərazi qədim yaşayış məskənlərindən biri hesab olunur; məşhur Azıx mağarasının bir hissəsi tarixən Cəbrayıl qəzası ərazisinə aid edilib. Burada yerləşən qədim Xudafərin körpüləri Azərbaycan memarlığının nadir incilərindəndir.
Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 4 oktyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı rəsmən azad olunmuşdur.






