Netanyahu: ABŞ və İsrail eyni məqsədləri bölüşür
İsrail tərəfi ABŞ və İran arasında aparılan danışıqların gedişatından xəbərdardır. Sun.Az
xəbər verir ki, RIA Novosti-nin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu Təl-Əviv və Vaşinqtonun eyni məqsədləri bölüşdüyünü bildirib.
Siyasətçi həmçinin vurğulayıb ki, Yaxın Şərqdə hərbi əməliyyatlar yenidən başlasa, İsrail istənilən nəticəyə hazırdır. Onun sözlərinə görə, Vaşinqton İsrail tərəfini İran nümayəndələri ilə aparılan danışıqlar barədə mütəmadi məlumatlandırır.
"Biz zənginləşdirilmiş uranın İrandan çıxarılmasını və ölkədəki uran zənginləşdirmə müəssisələrinin sökülməsini istəyirik", - deyə Netanyahu bildirib.
O, həmçinin dünya neft ehtiyatlarının mühüm hissəsinin daşındığı strateji nəqliyyat xətti olan Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıb.






